IQNA

Yeni yaranmış "İslam qorxusu" sözünü, vahid birlik ilə aradan aparaq

16:10 - November 02, 2021
Xəbər sayı: 3491117
Rusiyanın Asiya bölməsinin müftisi deyib: "İslam qorxusu sözü ilə mübarizənin həlli, hamının həmrəy və birlik olmasıdır. Gəlin, İslam birliyini hədəf alan Qərb proqramı olan yeni "İslam qorxusu" terminini aradan aparaq. Çünki "ümmətin birliyi" müsəlmanlar arasındakı vəhdətə əsaslanır."

Rusiyanın Asiya bölməsinin müftisi, Ural və Sverdlovsk vilayəti Müsəlmanları Dini Təşkilatının rəhbəri Fauzi Sido, 35-ci Beynəlxalq İslami Vəhdət Konfransı çərçivəsində "İQNA"-ya verdiyi müsahibədə sammitin məqsədlərinə toxunaraq deyib: "Bu konfrans müsəlman ümmətinin ixtilaflarını bir kənara qoya biləcəyi ən yaxşı yerdir."

O, bildirib ki, müsəlmanlar arasında birliyin yayılması, İslam birliyi konfranslarında qarşıya qoyulan ən mühüm məqsəddir. Müxtəlif İslam məzhəblərinin nümayəndələri arasında dialoq yolu ilə müsəlman ümmətinin birliyi məsələsinin ciddi şəkildə davam etdirilməsi üçün səylər göstərilir.

Fauzi Sido, hesab edir ki, ekstremizm və İslam qorxusu probleminin həlli müsəlmanların birliyidir. "İslam Birliyi" adlı toplantıların keçirilməsi bu məqsədlərə çatmaq üçün yaxşı yerdir.

O, dünyada İslam qorxusunun artması və bu fenomenin azaldılmasında müsəlmanlar arasında birliyin rolundan danışıb: "Əsas problem, bu sözün xalqların lüğətlərinə daxil olması ilə başladı."

Fauzi, bildirib ki, bizim iki yoldan başqa yol yoxumuzdur. Birincisi, bu yeni yaranmış termini aradan aparmaqdır. İkinci yol isə, birlikdə birləşib yeni bir termin yaratmaqdır. O da, müsəlmanlar arasında vəhdətə əsaslanan, "İslam ümmətinin birliyi"dir. "İslam qorxusu" termini, İslam birliyini hədəf alan yeni Qərb proqramıdır. Onunla mübarizə aparmalıyıq. Bu terminlə mübarizə aparmağın yeganə yolu, birlikdir.

4006722

Oxşar xəbərlər
captcha