"İQNA", xəbər verir ki, "Əl-Nəhar" peyk şəbəkəsində atası Şəhhat Məhəmməd Ənvərin vəfatının on dördüncü ildönümü münasibəti ilə keçirilən bu proqramda Mahmud Şəhhat atasını təqlid edərək Həmd surəsini oxuyub.
Şəhhat Məhəmməd Ənvər məşhur Misir Quran qarilərindən biri idi. Belə ki, onu yeni nəslin Əkbərul-Qürrası adlandırırdılar. 1 iyul 1950-ci ildə Misirdə anadan olub. O, 2008-ci il yanvarın 13-də 58 yaşında vəfat edib.
4027517