"İQNA", "İmam Əli (ə) şəbəkəsi"-nə istinadən xəbər verir ki, Müqəddəs Ələvi Astanının idarə heyətinin üzvü Səlim Əl-Cəsani bildirib ki, bu mərasimin keçirilməsində məqsəd Əmirəl-möminin Əlinin (ə) mübarək mövluduna Müqəddəs Hüseyni, Abbasi, Kazimeyn və Əskəriyyeyn Astanalarını hazırlamaqdır.
Əl-Cəsaninin sözlərinə görə, Ələvi Astanı, İmam Əlinin (ə) mövludu gecəsində Həzrət Zeynəbin (s) hərəminin üzərinə vurmaq üçün digər bir bayrağı o həzrətin hərəminə göndərib.
O, əlavə edib ki, Qüds Rəzəvi Astanı və Kufə məscidi də bu mərasimin keçirilməsi üçün istəklərini bildiriblər. Əmirəl-mömininin (ə) bayrağının müqəddəs Rəzəvi hərəmində və Kufə məscidinin eyvanlarında ucaldılması üçün xüsusi mərasim keçiriləcək.
4036363