"İQNA", "Ərrayə"-yə istinadən xəbər verir ki, İslami Təbliğat və İrşad Təşkilatı müxtəlif yaş qruplarından, o cümlədən uşaqlar, yeniyetmələr, gənclər, analar, həmçinin Qətərdə yaşayan əcnəbi vətəndaşlardan ibarət 2282 Quran tələbəsinin müsabiqənin müxtəlif bölmələrində iştirak etmək üçün qeydiyyatdan keçdiyini açıqlayıb.
Qətər Qurani-Kərimi hifz etmək üzrə “Ədkar” milli müsabiqəsinin keçirilməsində məqsəd Allahın kitabına məhəbbəti gücləndirməkdir. Daha sonra o, ailə üzvləri arasında bağı gücləndirməklə İslam icmasının üzvləri arasında birliyə nail olmağa kömək etməyi hədəfləyir.
Bu yarışlar həm də Quran mərkəzlərində təhsil alan qızların mənəviyyatını yüksəltmək və müxtəlif Quran yarışlarında iştirak edərək onları əzbərləməyə həvəsləndirmək məqsədi ilə keçirilib.