"İQNA", Astan Ələvi İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, Şəban ayının ortası və İmam Zamanın (əc) mövludunun ildönümü ərəfəsində Nəcəf Əşrəfdə İmam Əlinin (ə) hərəmi güllərlə bəzədilib. Bu İmamın hərəminin günbəzi üzərində "Ya Qaimu Ali-Məhəmməd (s)" bayrağı qaldırılıb.
Həmçinin Əhli-Beyt (ə) məktəbinin davamçıları Şəban ayının ortasında on ikinci imam Həzrət Höccət ibn əl-Həsən əl-Mehdinin (əc) mövlud gününü qeyd etməyə hazırlaşırlar.
İmam Zamanın (ə) mövludu mübarək gündür ki, müsəlman ümməti Həzrət Mehdinin (ə) zühuru ilə bütün dünya zülmlə dolduqdan sonra kainatda ədalətin bərqərar olacağına inanır.
4043794