"İQNA", "Əş-şuruq"-a istinadən xəbər verir ki, Əlcəzairin Konstantin şəhərindəki "Əbdül-Həmid İbn Badis" Quran məktəbinin bir sıra Quran tələbələri, sayı 127 nəfərə çatan bəzi kişi və qadın Quran tilavəti müəllimləri ilə birlikdə qiraət icazəsi alıblar.
Bu Quran kursunun məzunlarının hamısı diplom və universitet təhsili almış və bu kursda iştirak etməklə qiraət icazəsi almağa nail olmuşlar.
Qeyd edək ki, ərəb dünyasında Qurani-Kərimi qiraət etmək üçün icazə ya Quranın qiraətini bacaran, ya da bununla yanaşı Quranı tam əzbərləmiş şəxslərə verilir.
4070896