IQNA

Həniyə İslam ümmətini qəzəb nümayiş etdirməyə və Fələstin sərhədlərinə doğru hərəkət etməyə dəvət edib

10:39 - October 20, 2023
Xəbər sayı: 3494890
QƏZZA (IQNA) – HƏMAS-ın siyasi ofisinin rəhbəri Qəzzədəki müharibənin düşmənin nəzarət edə bilməyəcəyi regional münaqişəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edərkən deyib: "İslam ümməti cümə günü nümayişlər keçirməklə və ya Fələstin sərhədlərinə doğru hərəkət etməklə bu haqsızlığa etiraz etməlidir".

"İQNA", "Əl-Məsirə"-yə istinadən xəbər verir ki,HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyə cümə axşamı axşam televiziyaya verdiyi açıqlamada bildirib ki, Həmas və müqavimət bilərəkdən qətllər törədən işğalçı rejimdən daha çox insanlıq və əxlaq nümayiş etdirir.

 

Həniyə deyib: "Biz xalq kütlələrini və İslam ümmətini cümə günü təcavüzün dayandırılması, köçkünlüyün və alternativ vətənin rədd edilməsi adı altında ictimai birliyə dəvət edirik".

O əlavə edib: "Biz şücaət və cəsarətlə hərəkət etməli etməliyik ki, İsrailin Məscidül-Əqsanı işğal etməsi və bu düşmən tərəfindən fələstinliləri öldürməsinin qarşısını ala bilək".

Həniyə İslam ümmətinə dedi: "Fələstinin sərhədlərinə gedin və etiraz edin".

HƏMAS-ın siyasi ofisinin rəhbəri son bir neçə gündə sionist rejimin hücumlarını pisləyən bütün şəxsləri təqdir etməklə yanaşı, deyib: "Qəzzəyə humanitar yardımların göndərilməsini sürətləndirmək istəyirik. Qəzza sionistlərin əli ilə insanlıq fəlakətinin şahidi olur".

4176563

captcha