IQNA

İslam dünyasının məşhur alimləri / 32

Qurani-Kərimin Yapon dilinə tərcüməsi

8:26 - November 14, 2023
Xəbər sayı: 3494991
TEHRAN (İQNA) – Qurani-Kərimin Tatsuoichi Savada tərəfindən yapon dilinə tərcüməsi 2014-cü ildə çap olunub. Tərcüməçi yapon və ərəb dilləri arasındakı mədəni və qrammatik fərqləri aradan qaldırmağa çalışmışdır.

"İQNA"-nın verdiyi məlumata görə, Quranın yapon dilində ilk tam tərcüməsi 1920-ci ildə çap olunub və 2015-ci ilə qədər yapon dilində çap olunan Quran tərcümələrinin sayı 14-ə çatıb. Bunlardan 10 tərcümə tamamlanıb, 4 tərcümə isə natamamdır və seçilmişdir.

5 illik çalışmadan sonra Savada yeni tərcüməni hazırlayıb çap etdirməyə nail olub.

Savada 2014-cü ildə çap olunan tərcüməni şiə yanaşması ilə edib və işini inkişaf etdirmək üçün Əl-Mizan və Nümunə təfsirləri kimi bir çox Quran təfsirlərindən, həmçinin farsca Quran tərcümələrindən bəhrələnib.

O, tərcüməni İslam Birliyi çərçivəsində edərək, Quran ayələrini dini ixtilaflardan uzaq, birliyə təşviq edən prizmadan tərcümə etməyə diqqət yetirmişdir.

Tatsuoichi Savada Quranın yapon dilinə tərcüməsində bəzi problemləri həll etdi. Məsələn, yapon mədəniyyətində qiyamət kimi anlayışların olmamasından, ərəb və yapon dilinin qrammatik fərqlərindən danışmaq olar.

Savada 1964-cü ildə Tokioda anadan olub. O, İranın Beynəlxalq Əl-Mustafa Universitetinin məzunudur və hazırda bu universitetin Yaponiyadakı filialında müəllim və vitse-prezident vəzifələrində çalışır.

Yapon tərcüməçisinin çap olunmuş əsərlərindən bəziləri bunlardır:

- Qurani-Kərimin yapon dilinə tərcüməsi

- "Namazı necə qılaq?" kitabının tərcüməsi

- "Möcəmül-əlfazil-Quran" kitabının yazılıb tərcümə edilməsi

- Ayətullah Məkərim Şirazinin imanın əsasları ilə bağlı 51 mühazirəsinin yaponca tərcüməsinin redaktəsi

- Ayətullah Musəvi Larinin iman prinsiplərinə dair 79 mühazirəsinin yaponca tərcüməsinin redaktəsi

- Şəhid Mürtəza Mütəhhərinin İslam irfanı kitabının tərcüməsinin redaktəsi

- Əl-Kafi hədis kitabının Yapon dilinə tərcüməsinin redaktəsi

- Həzrət Əlinin (ə) Malik Əştərə yazdığı məktubun yaponca tərcüməsinin redaktəsi

captcha