IQNA

HƏMAS-dan atəşkəs bəyanatı

17:36 - November 21, 2023
Xəbər sayı: 3495018
QƏZZƏ (İQNA) - HƏMAS lideri Həniyyə İsraillə atəşkəs razılaşması əldə etməyə yaxın olduqlarını bildirib.

HƏMAS lideri İsmayıl Həniyyə İsraillə atəşkəs razılaşmasına gəlməyə yaxın olduqlarını və cavablarını bu məsələdə vasitəçilik edən Qətərə çatdırdıqlarını söylədi.

HƏMAS-ın Telegram hesabında hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin atəşkəslə bağlı verdiyi açıqlama yer alıb.

Həniyyə, "Qətərdəki qardaşlarına və vasitəçilərinə cavab verdi. Atəşkəs razılaşması əldə etməyə yaxınıq" dedi.

Digər tərəfdən, Həmas Siyasi Bürosunun üzvü İzzət Ər-Rişk İsraillə gözlənilən atəşkəs razılaşması ilə bağlı Əl-Cəzirə televiziyasına açıqlama verib.

Ər-Rişk, "İndi iş Qətərə aiddir. İsraillə gözlənilən atəşkəs razılaşmasını açıqlayacaqlar. Razılaşmanın təfərrüatları yaxın saatlarda açıqlanacaq" dedi.

Ər-Rişk bildirib ki, razılaşmaya uyğun olaraq yardımların gəlməsi və hər iki tərəfdən qadın və uşaqların azad edilməsi müqabilində atəşkəsdən söhbət gedir.

HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam Briqadaları “İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə, xüsusilə də Məscidül-Əqsaya qarşı davamlı hücumlarına cavab vermək” məqsədilə oktyabrın 7-də səhər hərtərəfli hücuma keçərkən, İsrail ordusu da Qəzza zolağına intensiv hava zərbələri endirmişdi.

AA

captcha