IQNA

Qəzzada müvəqqəti atəşkəs əldə olunub

11:08 - November 22, 2023
Xəbər sayı: 3495023
QƏZZƏ (İQNA) - Sionist rejim ilə Həmas arasında əsir mübadiləsi və 4 günlük müvəqqəti atəşkəs razılaşması əldə olunub.

Telegram-da paylaşılan açıqlamada HƏMAS razılaşmanın təfərrüatları ilə bağlı bu məlumatları verib:

Qəzza zolağının bütün bölgələrində hərbi əməliyyatları, o cümlədən sionist hərbi maşınlarının hərəkətini dayandıracaq.

Tibbi və yanacaq ləvazimatları da daxil olmaqla yüzlərlə humanitar yardım maşını Qəzzaya buraxılacaq.

Qəzzanın cənubunda pilotsuz uçuş aparatları dörd gün dayanacaq. Şimalda onlar yerli vaxtla saat 10:00-dan 16:00-a qədər gündə altı saat dayanacaqlar.

Atəşkəs dövründə İsrail “Qəzza zolağının heç bir bölgəsində heç kimə hücum etməyəcək və həbs etməyəcək.

Salah Əl-Din küçəsində hərəkət azadlığı təmin ediləcək.

Həmas həmçinin bildirib ki, razılaşma çərçivəsində İsrail həbsxanalarında saxlanılan 150 fələstinli qadın və uşaq azadlığa buraxılacaq.

AA

captcha