IQNA

Sionist rejim Əl-Əqsa məscidində Quran toplantılarını bağlamağı planlaşdırır

11:34 - November 24, 2023
Xəbər sayı: 3495028
QÜDS (İQNA) - Sionist rejim Əl-Əqsa məscidində qadın Quran müəllimlərinə geniş qadağalar tətbiq etməklə, bu müqəddəs məkanda Quran təhsili və məclislərini ləğv etməyə çalışır.

"İQNA", "Əl-Cəzirə" internet saytına istinadən xəbər verir ki, Məscidül-Əqsadakı Quran müəllimləri insanların məclislərdə iştirakına qoyulan məhdudiyyətlər, həbslər və qadağalardan və onların bu müqəddəs məscidə girişinə qadağa qoyulmasından danışıblar. Sözügedən xəbər şəbəkəsi sənədli film hazırlayaraq bu məsələyə toxunub.

Beytül-Müqəddəs əhlindən Müntəha Əbu Seninə, adi bir fələstinli müsəlman qadın olduğunu və övladlarını böyütdükdən sonra Quran tilavəti qaydasını öyrənmək istədiyini, bunun üçün şəhadətnamə almağa müvəffəq olduğunu, daha sonra isə öyrəndiklərini digər müsəlman qardaşlarına da öyrət istədiyini bildirib.

Əbu Seninə deyib ki, o, həyətlərin birində dərs deyərkən orada olmaq hüququna malik olsalar da, işğalçı qüvvələr üç dəfə onu həbs ediblər.

Müsəlman qadın sözünə belə davam etdi: "Məni polis maşını ilə polis bölməsinə aparıb sorğu-sual etdilər. İttiham olunduğum məsələlərdən biri də “Allahu Əkbər” deyərək köçkünləri təhrik edib qorxutmağım olub. Çox təəccüblüdür ki, mən onlara Quran öyrətdiyimi və bu sözün dərsin bir hissəsi olduğunu söylədim, lakin sionistlər israr etdilər ki, mühacirləri qorxutmaq üçün bu sözü söyləmisən. Həmçinin mənim onların bu sözdən qorxduğunu bildiyimi söylədilər.

Digər Quran müəllimi Zeynəb Əl-Cəlad deyir ki, o, sionist rejim rəsmiləri tərəfindən mühakimə olunub və bu görüşlərdə iştirak etdiyi və təkbir dediyi üçün Məscidül-Əqsaya girişi qadağan edilib.

Qüds müəllimlərinin sözlərinə görə, gənclərin Quranı öyrənməyə böyük istəyi var. Sionist rəsmilər bu məsələdən çox narahatdırlar.

Əbu Seninə Quran təhsili və təlimlərinin tətbiqi ilə Məscidül-Əqsanın zəfəri və azadlığına yol açacaq bir Quran nəsli yetişdiriləcəyinə əmin olduğunu bildirib.

4183483

captcha