IQNA

İlon Maskdan HƏMAS-a cavab

10:56 - November 30, 2023
Xəbər sayı: 3495064
VAŞİNQTON (İQNA) - Tesla, SpaceX və X sosial media platformasının sahibi, amerikalı milyarder İlon Mask çərşənbə günü X sosial şəbəkəsindəki yazısında Həmas-ın Qəzza zolağına səfər etməsi ilə bağlı dəvətinə "yox" cavabını verdiyini yazıb.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Mask Qəzzada vəziyyətin təhlükəli göründüyünü bildirib.

İlon Mask İsrailə səfər edib və baş nazir Benyamin Netanyahu ilə işğal olunmuş ərazilərin cənub bölgələrində müqavimət raketlərinin vurduğu ziyanı müzakirə edib.

İlon Maskın işğal olunmuş Fələstinə səfəri və sionist rejim rəsmiləri ilə görüşündən sonra “Musk Qəzzəyə get” həştəgi yaradılıb.

HƏMAS rəhbərlərindən Usamə Həmdan İsrailin hücumları nəticəsində yaranan dağıntıları görmək üçün İlon Maskı blokadada olan Qəzza zolağına da getməyə çağırmışdı.

4184743

captcha