IQNA

HƏMAS İsrailin yeni xəstəxana hücumuna reaksiya verib

10:36 - December 05, 2023
Xəbər sayı: 3495084
QƏZZƏ (İQNA) - Həmas-a bağlı hökumətin Media İdarəsi sionist İsrailin Qəzzada Kamal Ədvan xəstəxanasına etdiyi hücuma reaksiya verib.

Sionist İsrailin Qəzzəyə hücumları 58 gündür davam edərkən, bölgədən üzücü xəbərlər gəlməyə davam edir.

Fələstin mediasının məlumatına görə, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra mətbuata açıqlamasında Qəzzadakı son vəziyyətlə bağlı məlumat verib.

İsrailin hücumlarında indiyədək 15 min 523 nəfərin şəhid olduğunu bildirən Qudra, 41 min 316 nəfərin yaralandığını bildirib.

İşğalçı İsrail ordusu “humanitar fasilə” bitdikdən sonra Qəzza zolağına yenidən başladığı hücumlarının intensivliyini artırmağa davam edir.

captcha