IQNA

İtaliya universitetinin ustadı: “Qərb İslama nifrət edir”

18:41 - January 03, 2024
Xəbər sayı: 3495235
İQNA – İtaliyadakı universitet ustadı və beynəlxalq təhlükəsizlik məsələləri üzrə ekspert Qərb dünyasında İslama qarşı nifrətin yayılmasını tənqid edib.

"İQNA", "İtaliya News"-a istinadən xəbər verir ki, İtaliya universitetinin ustadı deyib: “Qərb İslama nifrət edir”. İtaliyanın “Alvato Cotidiano” qəzeti ustad Alessandro Orsininin məqaləsini dərc edib. Yazıda müəllif Qərbdə bir şəxsə və ya təşkilata terrorçu damğası vurulması ilə bağlı ikili standartlara toxunub.

Orsini bu məqaləsində deyir: “ABŞ-da əkiz qüllələrə edilən hücumdan sonra dünya liderləri terroru İslamla əlaqələndirdilər və sosial elmlərin bəyənmədiyi şəkildə şərh etdilər”.

Universitet ustadı Qərbin ikili standartlarına toxunub və sözünə belə davam edib: “Avropa Birliyi Rusiyanı Ukraynaya hücumuna görə cəzalandırmaq üçün sanksiyalar tətbiq edib. Lakin o, Fələstin torpaqlarını işğal edən İsrailə qarşı belə bir qərar qəbul etməkdən imtina edib. Digər məsələ odur ki, müsəlmanlar bilirlər ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Putinə qarşı həbs qərarı verib, lakin Netanyahuya qarşı belə bir tədbir görülməyib”.

İtalyan yazıçı bəyan edib ki, müsəlmanlar Qərbin beynəlxalq hüququ sistematik şəkildə pozması səbəbindən onun beynəlxalq sistem üçün təhlükə olduğunu anlayıblar.

O, həmçinin bəyan edib ki, müsəlmanlar Əfqanıstan, Liviya və İraqda gördüyümüz regionda heç kimin Qərb qədər sabitliyi pozmadığını deyirlər.

4191316

 

Teqlər: qərb ، İslam ، terrorizm ، islamofobiya
captcha