IQNA

İsrail müəyyən sayda müsəlmanın Məscidül-Əqsaya daxil olmasına icazə verəcək

11:18 - March 08, 2024
Xəbər sayı: 3495585
İQNA – Sionist rejimin baş naziri Benyamin Netanyahu, əvvəlki illərdə olduğu kimi Ramazan ayının ilk həftəsində də müəyyən sayda müsəlmanın Məscidül-Əqsaya daxil ola biləcəyini açıqlayıb.

"İQNA", "Əl-Qüds Əl-Ərəbi" saytına istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun Ben-Qvir, Şabtai, ordu və kəşfiyyat rəsmilərinin iştirakı ilə Məscidül-Əqsadakı məhdudiyyətlərlə bağlı iclas keçirməsindən sonra Ramazan ayının ilk həftəsində fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına icazə verilməsinə qərar verilib.

İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir daha əvvəl Ramazan ayında işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya daxil olan müsəlmanların sayının məhdudlaşdırılmasını tələb etmişdi.

İsrailin “Maariv” qəzetinin məlumatına görə, nazir Ben-Qvir polis komissarı Kabi Şabtaidən Ramazan ayında yalnız bir neçə min müsəlmanın Məscidül-Əqsaya daxil olmasına icazə verməsini istəmişdi.

Sionist rejim ordusunun fələstinlilərə qarşı tətbiq etdiyi məhdudiyyətlərə və sionist mühacirlər tərəfindən Məscidül-Əqsaya dəfələrlə hücum və hörmətsizlik etməsinə baxmayaraq, İsrailin bəyanatında Ramazan ayının müsəlmanlar üçün müqəddəs olduğu və bu ayın müqəddəsliyinin əvvəlki illərdə olduğu kimi qorunub saxlanılacağı iddia edilir!

Əvvəlki Ramazan aylarında olduğu kimi Ramazanın ilk həftəsində də müəyyən sayda müsəlmanın Məscid-i Əqsaya girməsinə icazə veriləcəyini bildirən açıqlamada təhlükəsizlik baxımından həftəlik qiymətləndirmə aparılacağı bildirilib. Buna uyğun olaraq giriş icazəsinin davam edib-etməməsinə qərar veriləcək.

4203808

captcha