IQNA

Əl-Əqsa məscidini üç təhlükə təhdid edir

2:35 - March 15, 2024
Xəbər sayı: 3495633
İQNA - Beynəlxalq Qüds İnstitutu Əl-Əqsa məscidini təhdid edən təhlükələri araşdıran məqalə dərc edib.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Beynəlxalq Qüds İnstitutu dərc olunan məqalədə Məscidül-Əqsa üçün üç əsas təhlükənin olduğunu vurğulayıb.

Məqalədə ilk təhlükənin bu müqəddəs məkanın altı aydır davam edən mühasirəsi olduğu və sionist rejimin buranı daimi mühasirəyə saxlamağa çalışdığı bildirilib.

Beynəlxalq Qüds İnstitutunun nöqteyi-nəzərindən bu məscid üçün başqa bir təhlükə də müqəddəs bayramlardan Məscidül-Əqsaya hücum platforması kimi istifadə edilməsidir.

Üçüncü təhlükə isə Məscidül-Əqsa xarabalıqları üzərində tikinti aparmağa çalışan sionistlərin qondarma məbədini təmizləmək üçün yaradılmış xurafatlardır.

Bu institut sionistlərin Məscidül-Əqsa ilə bağlı məqsədlərinin reallaşmasının qarşısını almaq üçün fələstinlilərin və xüsusilə də Qüds əhalisinin sionistlərin Məscidül-Əqsanı mühasirəyə almaq planlarına qarşı durmalı olduğunu vurğulayıb.

4205366

captcha