IQNA

İƏT fələstinlilərin namaz qılmasına qoyulan məhdudiyyətləri pisləyir

13:05 - March 19, 2024
Xəbər sayı: 3495656
İQNA – İslam Əməkdaşlıq Təşkilatı İsrail ordusunun Əl-Əqsa məscidinin hüquqi və tarixi statusunu dəyişdirmək üçün ətrafına dəmir maneələr çəkərək fələstinli ibadətçilərin hərəkət azadlığını məhdudlaşdırmasını pisləyib.

"İQNA", "Kuna" xəbər agentliyinə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı bəyanat yayaraq, bu müqəddəs məscidin hüquqi və tarixi statusunun dəyişdirilməsi məqsədi ilə Məscidül-Əqsanın ətrafında dəmir baryerlərin quraşdırılmasını və ibadət edənlərin azadlığının məhdudlaşdırılmasını pisləyib.

Bildirilib ki, Məscidül-Əqsa və bu müqəddəs məkanın həyətində ibadət edənlərə edilən hücum beynəlxalq hüquq və BMT qətnamələrinin açıq şəkildə pozulmasıdır.

İƏT bir daha vurğuladı ki, Qüds şəhəri işğal olunmuş Fələstin ərazilərinin ayrılmaz hissəsi və Fələstin dövlətinin paytaxtıdır.

Bəyannamədə həmçinin qeyd olunub ki, müsəlmanların və xristianların müqəddəs yerləri üzərində suverenliyin bərqərar edilməsinə yönəlmiş bütün hərəkətlər beynəlxalq qanunlara zidd olaraq qeyri-qanuni sayılır və BMT qətnamələrinə əsasən etibarsızdır.

İslam Əməkdaşlıq Təşkilatı Qüds və Məscidül-Əqsada baş verən pozuntuların nəticələrinə görə məsuliyyəti işğalçı rejimin üzərində olduğunu bildirib. O, beynəlxalq ictimaiyyətdən regionda təhlükəsizliyin və sabitliyin pozulmasına səbəb olan bu pozuntulara son qoymaq üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməyi istəyib.

4205740

captcha