IQNA

Norveçdə Quran əleyhdarı olan Selvan Momikanın cəsədi tapılıb

13:08 - April 02, 2024
Xəbər sayı: 3495727
İQNA - Qurana qarşı çıxan Selvan Momikanın meyiti Norveç polisi tərəfindən öz mənzilində aşkar edilib.

"İQNA", "latestly"-yə istinadən xəbər verir ki, Selvan Sabah Mati Momika bir müddət əvvəl Qurani-Kərimi yandırdığına görə diqqət mərkəzində olan iraqlı qaçqın olub.

İraq vətəndaşı olan Momika, İsveçə sığınmışdı. Xəbər mənbələri onun cəsədinin Norveçdəki evində tapıldığını və polisin onun ölümü ilə bağlı araşdırmalara başladığını açıqlayıb.

Bəzi qeyri-rəsmi məlumatlara görə, onun cəsədi məktubla birlikdə aşkar edilib ki, onda yazılıb: “Allahın mesajı budur ki, kitabımı qəbul etməyənləri tərk edin, amma mənə və kitabıma hörmətsizlik edənləri sağ buraxmayın".

Momika X sosial şəbəkəsindəki son mesajında ​​yazıb: “Bu gün İsveçi tərk etdim və indi Norveç hakimiyyətinin himayəsi altında Norveçdəyəm. Mən Norveçdə sığınacaq və beynəlxalq müdafiə üçün müraciət etdim".

Uzun illər İsveçdə qaçqın olan xristian Silvan Momikanın ötən il bir neçə dəfə Quranı yandırması müsəlman dünyasında qəzəb dalğasına səbəb olub.

Ötən ilin yayında İsveç İraq və Türkiyə də daxil olmaqla bir neçə ölkənin səfirlikləri qarşısında Quranı təhqir edib. Bu hadisə müsəlman dünyasında geniş etirazlara səbəb olmuş, bəzi ölkələr İsveçdən diplomatlarını geri çağırmışdı.

  Bu hadisələr Danimarkanı Quranın yandırılmasını cinayət hesab edən qanunu qəbul etməyə vadar etdi. 2023-cü ilin iyulunda BMT Baş Assambleyası Mərakeşin təqdim etdiyi dini inanclara, müqəddəs kitablara və dini məkanlara görə insanlara qarşı hər cür zorakılığı beynəlxalq hüquqa zidd hesab edən qətnamə layihəsini yekdilliklə təsdiqlədi.

4208083

captcha