IQNA

Rəfahda 600 min uşaq İsrailin hücumlarının təhlükəsi altındadır

5:47 - April 07, 2024
Xəbər sayı: 3495750
İQNA - Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder, Rəfahda 600 min uşağın aclıq və qorxu içində olduğunu, hücum təhlükəsi ilə üz-üzə qaldığını bildirib.

UNICEF-in X sosial media platformasından Elderin video yazısı sionist İsrailin hücumları altında Rəfahda sağ qalmağa çalışan uşaqların çətin həyatından bəhs edir.

İşğalçı İsrailin hücumlarından qaçan uşaq və ailələrə Rəfaha gəlmələrinin və orada təhlükəsiz olacaqlarının deyildiyini xatırladan Elder, buna baxmayaraq vəhşi hücumların həyata keçirildiyini vurğuladı.

Elder, hücumlardan qaçaraq evlərini və yaxınlarını itirən Rəfahdakı fələstinlilərin üzləşdiyi çətinliklərlə bağlı bunları söylədi:

"Təhlükəsizlik, bu söz Qəzzada həqiqətən yoxdur. Amma itki var. (İnsanlar) o qədər yaxınlarını itiriblər. Saysız-hesabsız evlər itirilib. Bütün ömürlərini ailəsi üçün ev tikməyə sərf edən, lakin onu tək hücumda itirən analar və atalar indi çürük çadırda yaşamaq məcburiyyətində qaldılar."

Ana və ataların qorxu və aclığa baxmayaraq hər gün övladlarına ümid bəxş etməyə çalışdıqlarını qeyd edən Elder, Qəzzada ümid sözünün lüğətdən silinmə təhlükəsi ilə üzləşdiyini ifadə etdi.

O, hücumlardan qaçaraq Rəfaha sığınan uşaqlarla bağlı bildirib ki, Rəfah uşaq şəhəridir. Orada 600 min qız və oğlan uşağı var, lakin onlar hücum təhlükəsi altındadır.

UNICEF sözçüsü həmçinin deyib: "Burada (Rəfahda) ana və ataların ağrısını və qorxusunu hiss edənlər, uşağın uşaq olduğuna inananlar, lütfən bunu dayandırın".

Mənbə: On4 xəbər

captcha