IQNA

Fələstin Futbol Federasiyası İsrailin FİFA üzvlüyünün ləğvini tələb edir

5:59 - April 21, 2024
Xəbər sayı: 3495814
İQNA - Fələstin Futbol Federasiyası FİFA-dan İsrailin Qəzza zolağında insan haqlarını pozması səbəbilə İsrail Futbol Federasiyasını Sürixdə yerləşən təşkilatdan çıxarmağa çağırıb.

"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, Fələstin Futbol Federasiyası məktubda FİFA-dan İsrail rejiminin futbol federasiyasının qarşıdakı oyunlarına qadağa qoyulmasını istəyib.

Fələstin Futbol Federasiyası Qəzzada bütün futbol infrastrukturunun, o cümlədən İsrail işğalı tərəfindən əmək düşərgəsinə çevrilən tarixi Əl-Yermuk stadionunun ya məhv edildiyini, ya da ciddi ziyan gördüyünü vurğulayıb.

Ərizədə İsrail Futbol Federasiyasının öz liqasında ayrı-seçkilik və irqçiliyə qarşı lazımi addımlar atmadığı və sözügedən vəziyyətin "FIFA nizamnaməsinin 3-cü maddəsinin birbaşa pozulması deməkdir" ifadə edildi.

4211108

Teqlər: futbol ، fifa ، israil ، fələstin
captcha