IQNA

Livanlı analitik:

İranın İsrailə raket hücumu sionist gəlmələrin köçmələrinə təsir etdi

7:00 - April 22, 2024
Xəbər sayı: 3495821
İQNA - Livanlı siyasətçi sionist rəsmilərin İranın raket hücumlarının təsirli olmadığına dair iddialarını rədd edərək deyib: "İranın İsrailə reaksiyasının təsirini sionist gəlmələrin köçməsində açıq şəkildə görmək olar".

"İQNA", "Sədyul-Vilayət" saytına istinadən xəbər verir ki, livanlı siyasətçi Bəşər Merhac İran İslam Cümhuriyyətinin sionist rejimə reaksiyası ilə bağlı məqaləsində bu açıqlamaları verib: "Bəzi insanlar və media İranın cavabının İsrail rejimini hədəf almasına cavab olaraq deyib ki, İranın cavab tədbirləri təsirli olmayıb və sionist rejimə heç bir maddi ziyan vurmayan atəş nümayişi olub. Lakin reallıq tamam başqadır və İsrailin son günlərdə yaşadıqlarının bir çox mənası var.

Bundan əlavə, livanlı siyasətçi bildirib ki, İsrail hücumdan əvvəlcədən xəbərdar olsa da, bu hücumla təkbaşına mübarizə apara bilməyəcəyini və müttəfiqlərinin gücünə əl atmalı olduğunu göstərib.

İranın bu hərəkətinin açıq mesajı olduğunu bildirən livanlı siyasətçi məqaləsinin başqa bir hissəsində İranın öz maraqlarına və ya diplomatik mərkəzlərinə edilən hücuma səssiz qalmayacağını və istənilən hərəkətə cavab verməyə hazır olduğunu yazıb.

İranın reaksiyasının nəticələri və onun sionist rejim vətəndaşlarına psixoloji təsirindən danışan livanlı siyasətçi qeyd edib ki, İranın hücumu gecəsində bu rejimin şəxsiyyətləri və siyasi liderlərinin sığınacaqlara getməsi faktı gələcəkdə psixoloji problem buraxacaını və sionist gəlmələrin köçməsində açıq şəkildə görüldüyünü qeyd etdi.

4211021

captcha