İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin "Rəsul-Xeymə" şəhərinin küçələrini təmizləyən pakistanlı küçə süpürgəçisinin Qurani-Kərimi əzbərdən tilavət etməsi və gözəl səsi bu səhnəyə tamaşa edənləri vaheh etdi.
Ğulam Şebeyr əslən pakistanlıdır və BƏƏ-nin "Rəsul-Xeymə" şəhərində yaşayır. O ailəsini süpürgəçilik etməklə dolandırır.
40 yaşlı Ğulam Şebyer həm də Quran hafizidir və iş başında gözəl səslə əzbərdən Qurani-Kərimi tilavət edir.
Onun gözəl səslə, təcvid qaydalrına riayət etməklə və əzbərdən oxuduğu Quran tilavəti görənləri valeh edir. Bundan əlavə onun gözəl səs və xüsusi tonda Azan deməyi də vardır.
Onun qiraət və tilavəti sosial şəbəkələrdə yayıldıqdan sonra şəhər əhalisi rəsmi məqamlardan tələb ediblər ki, bu gözəl qarinin hörməti saxlanılsın, ona məscidlərdə qiraət və azan üçün yer verilsin və həmçinin istedadının genişlənməsi və həmçinin onun təcrübəsindən istifadə üçün şərait yaradılsın.
http://www.iqna.ir/fa/news/3655349
Ğulam Şübeyrin sosial şəbəkədə yayılan tilavət videosu