İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin üçüncü günü, 11 İyul 2018-ci il, Misrin "Cəmiyyətu Əhlul-Qüzat" təşkilatı özünün illik mərasimində Quran hafizi olan uşaqlar, yeniyetmələr və cavanları mükafatlandırıb.
Misrin əş-Şərqiyyə əyalətinin "əl-Qüzat" qəsəbəsinin "Cəmiyyətu Əhlul-Qüzat" təşkilatının "cavanların mərkəzi idman kulubu"nda keçirdiyi mərasimdə Quran hafizi olan 3 yaşından 30 yaşınadək 105 nəfər uşaq, yeniyetmə və cavanlar nəfis hədiyyələr, nağd pul, hifz şəhadətnaməsi və xatirə lövhəsi ilə mükafatlandırılıblar.
Mərasimdə dini təbliğçilər, camaat imamları, ruhanilər, əl-Əzhərin alimləri, Vəfqlər idarəsinin məsulları və şəhər əhalisi iştirak ediblər.
http://iqna.ir/fa/news/3729426