IQNA

Yunanda "İslam və xristinalıq"ın yeddinci dialoqu

23:54 - April 25, 2018
Xəbər sayı: 3483081
Sabah Yunanın Volos şəhərində İran İslam Respublikasının iştirakı ilə Ortodoks Xristiyanlıq və İslam dini arasında dialoqlar başlayır.

Yunanda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sabah, həftənin Cüməaxşamı günü, 26 Aprel 2018-ci il, Yunanın Volos şəhərində İran İslam Respublikasının iştirakı ilə Ortodoks Xristiyanlıq və İslam dini arasında dialoqlar başlayır.

İran İslam Respublikasının İslami əlaqələr və mədəniyyət təşkilatının verdiyi məlumata əsasən, Ortodoks Xristiyanlıq və İslam dini arasında dialoqların yeddinci turu Aprel ayının 27, 28 və 29-da İran İslam Respublikasının İslami əlaqələr və mədəniyyət təşkilatının rəisi Əbuzər İbrahim Türkəmaninin iştirakı ilə Yunın Volos şəhərində keçiriləcəkdir.

Üç gün davam edəcək bu konfransda iranlı və yunanlı elmi heyətlər, İranın universitet ustadları, dini elmi hövzə alimləri və mədəniyyət araşdırmaçıları öz məqalə və çıxışlarını təqdim edəcəklər.

Konfransda İran İslam Respublikasının "İranın Fəlsəfə və Hikmət müəssisəsi"nin rəisi və İslami hikmət tədrisçisi Əbdülhüseyn Xosrovpənah, İranın İslami Şurasının (Milli Məclis) İslami araşdırmalar mərkəzinin rəisi Əhməd Mübəlliği və dini araşdırmaçı Airzadə iştirak edirlər.

Yunan və İran arasında mədəniyyət əlaqələrinin genişləndirilməsi və mədəni memorondumların icrası yönündə İslam və İran dövrünün xəttarlarının hüsnxətt əsərləri sərgisi keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3708968

Teqlər: iqna ، quran ، yunan ، iran ، İslam ، ortodoks ، xristianlıq
captcha