IQNA

Tacikistan məktəblərində İslami dərslərin təlimi məsələsi müzakirə edilir

0:48 - July 10, 2018
Xəbər sayı: 3483443
Tacikistanda İslami dərslərin orta məktəb proqramlarında tədris üçün yerləşdirilməsi məsələsi aidiyyatı üzrə orqanlar tərəfindən layihə şəkilində müzakirə üçün təqdim edilib.

Tacikistan məktəblərində İslami dərslərin təlimi məsələsi müzakirə edilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tacikistanda İslami dərslərin orta məktəb proqramlarında tədris üçün yerləşdirilməsi məsələsi aidiyyatı üzrə orqanlar tərəfindən layihə şəkilində müzakirə üçün təqdim edilib.

Tacikistanda son günlərdə "terrorizm və radikalizmlə mübarizə - qanuni və demokratik cəmiyyətin yaradılması" konfransı keçirildi. Bu konfransda müzakirə edilən məsələlərdən biri də bu ölkənin orta məktəbləri proqramlarından İslami dərslərin tədris üçün yerləşdirilməsi məsələsi olub.

Toplantıda iştirak edən Tacikistanın Xəcənd əyalətinin məscidlərindən birinin camaat imamı Abdullah Kalanzadə təklif edib ki, orta məktəb proqramlarına dini dərslər də yerləşdirilsin.

Abdullah Kalanzadənin təklifi iştirakçılar tərəfindən müsbət qəbul edilib. Konfransda vurğulanıb ki, orta məktəblərdə İslam dini dərslərinin olması həm cavan və yeniyetmələrin din barəsində görüşlərinin çoxaldacaq və həmçinin cəmiyyətdə dini radikalizmin qarşısını alacaqdır.      

Konfrans iştirakçıları bu qərara gəliblər ki, İslami dərslərin orta məktəb proqramlarında yerləşdirilməsi məsələsi gələn toplantılarda ətraflı və geniş şəkildə müzakirə edilsin.

http://iqna.ir/fa/news/3728745

captcha