İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Riyaz əlayətinin Qüsəym rayonunda baş vermiş terror hadisəsinin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.
İŞİD terror təşkilatının ünsürləri keçən həftənin bazar günü, Səudiyyə Ərəbistanın paytaxtı Riyazın yaxınlığında yerləşən Qüsəym regionundakı Bürəydə şəhərinin girişində polis yoxlama məntəqsinə silahlı hücum ediblər. Bu hücumda bir polis nəfəri öldürülüb, iki terrorçu məhv edilib və digər bir terrorçu yaralanıb.
Bundan əlavə İŞİD terror qruplaşmasının ünsürləri dünən, həftənin Cümə günü, Səudiyyə Ərəbistanın paytaxtı Riyazın yaxınlığında yerləşən Qüsəym regionundakı Türəyfə şəhəri həbsxanasının qarovulçularına da silahlı hücum ediblər. Bu terror hücumunda bir Banqladeş vətəndaşı öldürülüb.