İQNA-nın "maide.az"a istinadla verdiyi xəbərə görə, sionist İsrail rejiminin ordusu müxtəlif “əməliyyatlar” adi altında 2 min 700 uşağı yaralayıb. BMT-nin baş katibi sionust rejimə müraciət edib və zorakılıq tətbiq edilməsini dayandırmağa, uşaqların müdafiəsini qorumaq üçün tədbir görməyə çağırıb.
BMT-nin məlumatına görə 2018-ci ildə işğalçı sionist qüvvələri 56 uşağı qətlə yetirib. Bu son illərlə müqayisədə yüksək göstəricidir. İşğalçı rejim ən çox 2014 -cü ildə fələstinli uşaqları qətlə yetirib.
Fələstinin səhiyyə nazirliyinin verdiyi xəbərə görə, 2018-ci ilin mart ayinin 30-dan “Böyük Qayıdış ”yürüşü adlı etiraz aksiyası başladılandan sonra, işqal olunmuş Qəzza və Fələstində 305 min fələstinli qəddarlıqla şəhid edilib, 17335 nəfər yaralanıb.