"İQNA"-nın "Əl-Cəzirə"-yə istinadən verdiyi məlumata görə, Qəzzada dərhal və davamlı atəşkəs üçün qətnamə nəhayət BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib.
Bu qətnamənin təsdiqi üçün keçirilən səsvermə zamanı BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu şuranın qeyri-daimi üzvlərinin Qəzzada dərhal atəşkəsin yaradılmasına dair təqdim etdiyi qətnamənin lehinə səs verdi və onu dəstəklədi, ABŞ isə bu şuranın daimi üzvü olaraq bitərəf qaldı və beləliklə Qəzzada atəşkəsin yaradılmasına dair qətnamə qəbul edildi.
4207096