IQNA

Amerikada “vəhhabiliyi baykot edək” kampaniyası

10:14 - March 03, 2016
Xəbər sayı: 3480249
Tehran, 03.03.2016 – Amerikalı vətəndaşlar tərəfindən keçirilən "vəhabiliyi baykot edək" kampaniyası ilk gündən insanlar tərəfindən maraq və alqışla qarşılanıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Vaşinqton şəhərindəki Məsih və İslami Mərkəzin üzvləri vəhhabiliyi baykot  edək imza toplama kampaniyasına start veriblər. Kampaniya  ilk gündən bir çox insanın alqışına səbəb olub. 


Kampaniya üzvləri Amerikada vəhhabiliyin qadağan və baykot olunması məqsədi ilə yerli sakinlərdən, yoldan keçənlərdən və müsəlmanlardan imza toplayırlar. 


Kampaniya social mediada da aparılır. Artıq bu məqsədlə internet səhifəsi də yaradılıb. 

"Vəhhabilik idielogoiyası, İslamda terrorizimin onurğa sümüyüdür və bu idielogiya Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir.

  

Amerikada  gənclər və həssas insanlarda  ifratçılığın yaranmasına məsul Səudiyyə Ərəbistandır.

Bu idielogiya bir növ nifrətin açıqlanması və Amerika xalqı üçün təhlü kəhesab olunur.  İŞİD hər gün güclənir və Amerikada hər nəqədər ki, vəhhabilik idielogiyası var, İŞİD-I dəstəkləyənlər də olacaq. 


Vəhhabi məscidlərinin çoxunda bu düşüncə tərzi ABŞ-ın müxtəlif bölgələrində təbliğ olur. Amerikada evlərdə terrorun törədilməsi vəhhabi idieologiyasının yayılması nəticəsində baş verib.

Vəhhabi təriqəti  bizim hamımızüçün böyük təhlükə hesab olunur və bizim təhlükəsilziyimiz və gələcəyimizə təhlükə yaradır. 


Biz nə qədər ki, gec olmayıb prezidentdən və qanun qəbul edənlərdən istəyirik ki, Amerikada vəhhabiliyi baykot etsinlər”,- deyə  kampaniya üzvlərinin imza vərəqlərinin üzərində  yazılıb.

http://iqna.ir/fa/news/3480130

captcha