IQNA

Səudiyyəli şeyx:

Vəhabi mübəlliğlərini tənqid etmək olmaz!

15:25 - April 05, 2016
Xəbər sayı: 3480306
Tehran, 05.04.2016 – Səudiyyəli bir vəhabi şeyxi təkfirçi vəhabi mübəlliğlərinin səhvlərini ifşa edən cavanları bidətçi və fitnəçi adlandıraraq sosial şəbəkələrdə cəncal yaratdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, "Rusiya əl-yəvm" saytı bir məlumatda bildirib ki, səudiyyəli vəhabi təbliğatçılarının şeyxlərindən biri olan Abdullah əl-Mütləq təkfirçi vəhabi mübəlliğlərinin səhvlərini ifşa edən cavanları iğtişaşçı, bidətçi və fitnəçi adlandıraraq sosial şəbəkələrdə cəncal yaratdı.

Ərəbistanlı vəhabi şeyxi Abdullah Mütləq bu ölkənin şahının həm də dini müşaviridir. Bu vəhabi şeyxi bir TV proqramda dedi: Bəzi ərəbistanlı cavanlar öz düşmənləri ilə mübarizə etmək əvəzinə, öz vəhabi qardaşlarının və vəhabi mübəlliğlərinin səhvlərini axtarmaqla məşğuldurlar. Və bu addımla ixtilaf və təfriqə üçün zəmin yaradırlar.

Ərəbistanlı vəhabi mübəlliğ əlavə etdi: Öz dini və məzhəbi qardaşlarını (təkfirçi vəhabiləri) incidən insanların misalı ev sahibinin gözü önündə süfrədən yemək yeyənən muşun misalıdır ki, həm yeyirlər və həm də süfrəni korlayırlar və görmürlər ki, ölkələri Ərəbistan hazırda necə xəstə fikirlər və çətin problemlərlə üz-üzədir.

Abdullah əl-Mütləq tənqid olunan 3 vəhabi şeyxi – Məhəmməd əl-Ərifi, Aiz əl-Qərəni və Səd əl-Bərik, barədə dedi: Mən bu üç nəfəri Allahı, peyğəmbəri və vətənini sevən və dini elmlər tədris edən ustad kimi tanıyıram ki, Aiz əl-Qərəni Filippində universitetdən çıxarkən ona suiqəsd edilmişdi.

Qeyd edək ki, aşdan isti kasa olan bu şeyxin, yəni Abudllah Mütləqin özünü sosial şəbəkə istifadəçiləri fitnəçi, terror hamisi və İŞİD-çi kimi tanıyırlar.

http://iqna.ir/fa/news/3485900


Teqlər: iqna ، vəhabi ، vəhabilik ، İŞİd
captcha