IQNA

İmam Rzanın (ə) hərəmində İslami memarlıq sənəti – Göhərşad Böyük Məscidi

22:19 - November 16, 2020
Xəbər sayı: 3488638
İranın Məşhəd şəhərində yerləşən Göhərşad Böyük Məscidi IX əsrin əvvəllərində tikilən Teymurilər dövrünün möhtəşəm və qədim binalarından biridir.

Göhərşad Böyük Məscidi IX əsrin əvvəllərində tikilən Teymurilər dövrünün möhtəşəm və qədim binalarından biridir.

Deyerler.org Razavi-yə istinadən xəbər verir ki, bu məscid hicri 821-cü ildə Xanım Göhərşadın əmri ilə inşa edilmişdir.

Məscidin döşənməsi Teymurilər dövrünün şah əsərlərinə bir nümunədir.

Moqarnas üslubundan istifadə olunduğu xüsusiyyətlərə və bəzəklərə sahib olan məscidin qübbə şəklində tağları və gips fonunda naxış və divar xətləri və Teymurilər dövrünün əla mozaikaları müqəddəs ziyarətgahın qəlbində İran sənətinin misilsiz təzahürlərini göstərmişdir.

Məscidin yanları hamısı zərif çini mozaika ilə bəzədilib və bütün divarlarında və köşklərində bəziləri məscidlə əlaqəli olan Allah adları və Quran ayələri və hədislər var. /229721/

                               

captcha