IQNA

Rusiya müsəlmanları möhtac və kimsəsizləri hər gün isti yeməklə təmin edir

8:12 - March 13, 2021
Xəbər sayı: 3489444
Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yerləşən sığınacaq möhtac insanları və evsizləri isti yeməklə təmin etməyə davam edir.

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yerləşən sığınacaq möhtac insanları və evsizləri isti yeməklə təmin etməyə davam edir.

Sığınacağa üz tutan insanlar hər gün fərqli-fərqli yeməklərə, həmçinin isti çay və şirniyyatlara qonaq edilirlər.

Təkcə ötən gün burada 300 yaxın aztəminatlı insana bu cür yardım edilib.

Şəhər ərazisində fəaliyyətdə olan belə sığınacaqların sayı çoxdur.

Onlardan birində kimsəsiz insanlar üçün yataq yerləri, hamam belə var. Burada həmçinin ehtiyaclı insanlar mövsümi paltarlarla təmin edilirlər. Sığınacaqda ortalama olaraq çətin həyati vəziyyətə düşən 40-a yaxın insan qalır.

Milli və dini mənsubiyyətindən asılı olmayaraq, istənilən şəxs bu məkanlara üz tuta bilər.

Bu cür sığınacaqlar müsəlmanların təşəbbüsü və maddi və mənəvi yardımı ilə açılıb və fəaliyyət göstərməkdədir, həmçinin onları sayı da artmaqdadır.

Həmçinin məscid ərazilərində də bu cür məkanlar mövcuddur. /Şəfəqna

captcha