Rusiyanın xristian fondu hesab edir ki, Moskvada və Rusiyanın bir sıra bölgələrində məscidlərin inşası dinlərarası münasibətlərin yaxşılaşmasına səbəb olacaq.
Fond rəhbərliyi Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq bildirib ki, Moskva və bir sıra regionlardakı məscidlərdə hazırda bütün dindarların ibadət etməsi üçün yer çatızmazlığı var.
Qeyd edilir ki, Moskvada müsəlmanların sayı müsəlman ölkələrindən olan əmək miqrantlarının, həmçinin Rusiyanın müsəlman regionlarından köçənlərin hesabına artmaqdadır. /Shafaqna