"İQNA", "TRT"-yə istinadən xəbər verir ki, Əlcəzair Futbol Federasiyası fransız tamaşaçıların Əlcəzair millisinin üzvü Yusif Bleyliyə qarşı irqçi davranışına etiraz edib. Həmçinin ona qarşı verilən irqçi şüarları qınayıb. Əlcəzair Futbol Federasiyası bu davranışı barbarlıq adlandırıb.
Bu Federasiya açıqlamasında Fransa birinci divizionunun stadionunda klubu Brest ilə Renn matçında irqçi şüarların hədəfinə çevrilən Yusif Bileyə güclü dəstək verdiyini bildirib.
4038277