"İQNA", Müqəddəs Hüseyni Astanının xəbər bürosuna istinadən xəbər verir ki, "Qari Əl-Rafidin" Milli Müsabiqə Nəzarət Komitəsi tərəfindən nəticələr açıqlanıb. Buna əsasən, İmam Hüseynin (ə) Müqəddəs Astanının dörd Hafiz və Qarisi İraq milli müsabiqəsi "Qari Əl-Rafidin"in final mərhələsinə çıxıb.
İmam Hüseynin (ə) Müqəddəs Astanının Quran Təbliğat Mərkəzinin media koordinasiyasının rəhbəri bununla bağlı deyib: "Kufə məscidind Qurani-Kərimin hifzi və qiraəti üzrə 20-ci milli müsabiqənin ilkin mərhələsi İraqın mərkəzi və cənub əyalətlərindən 26 qari və hafizin daxil olduğu İslami Ədəb Dərnəyinin Ənbar şöbəsi tərəfindən keçirilib.
"Qari Əl-Rafidin" Quran yarışlarının final mərhələsi hər vilayətdə ilkin mərhələ başa çatdıqdan sonra martın 19-dan 24-dək keçiriləcək.
4044079