IQNA

Quran nə deyir? /5

Allahla mülaqat həyatın iztirablarının sonu

22:52 - June 03, 2022
Xəbər sayı: 3492338
İnsanın dünya həyatında çəkdiyi çoxlu əzablar Allahla mülaqata səbəb olur. Çətinliklərdən sonra insanı rahatlıq gözləyir.

İnsan doğulduğu andan hər cür əziyyətə və iztirablara məruz qalır və daim təhlükə altında olur. O, ömrünün əvvəlində və sonunda, yəni doğum günündə və ölümündə seçimi yoxdur. Lakin bu iki hadisə arasında onun öz həyatını idarə etmək səlahiyyətinə malik olduğu ömürlük bir yolu var: "Və de: "Haqq sizin Rəbbiniztərəfindən olandır. Buna görə də istəyən iman gətirsin, istəyən küfr etsin". (Kəhf, 29). O, özü üçün məqsəd təyin edib və planlar qura bilir. İnsan öz məqsədlərinə çatmaq üçün daim çalışır və hər çətinliyə dözür. Bəs insanın bundan artıq ixtiyarı yoxdurmu? "Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan". (İnşiqaq, 6).

Quranın bu ayəsi insanın həyat yolunu açıqlayır. Xatırladılır ki, dünya həyatında çəkdiyi çoxlu əzab və sıxıntıların Allahla mülaqata səbəb olur. Əslində, Allah çətinlik və məşəqqət yükü altında məyus ola biləcək insana nəhayət Allahla mülaqat edəcəyinə zəmanət vermiş və onu bununla müjdələmişdir. Həmçinin həyatdakı seçimi Rəbbi ilə mülaqatının keyfiyyətinə təsir göstərir: "Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar". (Təlaq, 7).

Höccətül-islam vəl-müslimin Möhsin Qəraəti "Təfsir Nur"da ayənin bəzi mesajlarını belə ifadə etmişdir:
- İnsan Allaha doğru hərəkət edir. Necə ki, buyurur: «إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ» (Bəqərə, 156)
- İnsan Allaha gedən yolda saysız-hesabsız çətinliklərlə üzləşir: «إِنَّكَ كادِحٌ إِلى‌ رَبِّكَ»
- Allah tarixdə və cəmiyyətdə hər kəsin tabe olduğu sabit qanunlar qoymuşdur. Onlar dayana, geri dönə və ya başqa yolla gedə bilməzlər: «كادِحٌ إِلى‌ رَبِّكَ كَدْحاً»
- İnsan hərəkətinin sonu Allaha çatmaqdır: «فَمُلاقِيهِ»

Burada Allahla mülaqatın təfsiri, istər qiyamət səhnəsi ilə qarşılaşmaq, istərsə də Onun mükafat və əzabına rast gəlmək olsun, bu əzabın o günə qədər davam edəcəyini göstərir. Bu, dünya həyatı sona çatdıqda və insan öz Allahı ilə pak əməllə qovuşduqda sona çatır. Əziyyətsiz rahatlığa ancaq axirətdə nail olmaq olar.

captcha