IQNA

Amerikalı müsəlman işçi cümə namazında iştirak etdiyi üçün işdən çıxarılıb

20:13 - February 15, 2023
Xəbər sayı: 3493706
Amerikanın Southwest Airlines şirkəti öz əməkdaşını cümə namazında iştirak etdiyi üçün işdən çıxarıb. Müsəlman işçi bu hərəkətdən şikayət edib.

"İQNA", "Washington Times"-a istinadən xəbər verir ki, Merilend ştatından olan bu müsəlman kişi şikayətində bildirib: "Southwest Airlines aviaşirkəti onu cümə namazında iştirak etmək istəyinə görə Baltimor-Vaşinqton Beynəlxalq Hava Limanında rampa nəzarətçisi (eniş zolağında təyyarəyə rəhbərlik edən şəxs) vəzifəsindən azad edib".

David Mavins kimi tanınan Castin Mavins iddiasında bildirib ki, 30 dəqiqəlik cümə namazına qatıldığı üçün bir ay işlədikdən sonra işdən çıxarılıb.

O, məsələnin araşdırılmasını istədiyini bildirib.

Amerika-İslam Münasibətləri Şurası (CAIR) Mavins adından bu şikayəti araşdırdı.

CAIR işçilərinin vəkili Zana Ghalavonji verdiyi açıqlamada deyib: "Bütün işçilər konstitusiya ilə iş yerlərində ibadət yerinə daxil olmaq hüququna malikdirlər. Biz müsəlman amerikalıların və işdə olarkən öz dinlərinə etiqad etmək istəyənlərin hamısının dini hüquqlarını qoruyacağıq.

4122309

 

captcha