İyulun 9-da başlayan Kərbəla Beynəlxalq Quran Müsabiqəsi cümə axşamı, iyulun 13-də Qurani-Kərimin tilavəti və əzbəri üzrə iki bölmənin qaliblərinin təqdimatı ilə başa çatıb.
Bu yarışmada İmam Hüseyn (ə) hərəmini təmsil edən iraqlı qari Abdullah Zuheyr Əl-Hüseyni qiraət bölməsində birinci yerə layiq görülüb. O, "İQNA"-ya müsahibəsində deyib: "Müsabiqənin səviyyəsi yüksək idi və final mərhələsinə yüksələn qarilər arasında rəqabət gərgin idi və finalçılar əvvəlcə 5, sonra isə 8 nəfər oldu. Gələcək yarışlarda da Allahdan uğurlar və yüksək dərəcələr diləyirik".
O, niyə İbrahim (ə) surəsini qiraət üçün seçdiyi haqda deyib: "Bu surə mənim səsimə yaxın olduğu və oxumağım yaxşı olduğuna görə müsabiqə üçün bu surəni seçdim.
O, İmam Hüseyn (ə) hərəmində yarışların keçirilməsi ilə bağlı deyib: "Biz İraqda və İmam Hüseynin (ə) hərəmində belə beynəlxalq yarışların keçirilməsi ilə fəxr edirik və Allahdan diləyirik ki, gələn il yarışların səviyyəsi daha yaxşı və daha güclü olsun".
4154842