"İQNA", xəbər verir ki, ötən günlərdə İraqın daxilindən və xaricindən milyonlarla zəvvar Tasua və Aşura mərasimlərində iştirak etmək üçün Kərbəlaya daxil olub.
İraqda şənbə günü olan Aşura mərasiminin vaxtı yaxınlaşdıqca zəvvarların və əzadarların sayı artacaq.
İmam Hüseynin (ə) hərəminin tənzimləmə şöbəsinin müdiri Rəsul Abbas Fədalə hərəmin zəvvarlarının təhlükəsizlik planları haqqında deyib: "Aşura yaxınlaşdıqca bu planlar daha da intensivləşib".
O, sözünə belə davam edib: "Aşura mərasiminin təhlükəsizliyini təmin etmək üçün İmam Hüseyn (ə) və həzrət Abbasın (ə) müqəddəs hərəmlərinin girişlərinə, eləcə də yaxınlıqdakı küçələrə nəzarət etmək üçün 5 min təlim keçmiş qüvvə yerləşdirilib".
4158702