IQNA

Mərakeşdə 108 tarixi məscid yenidən qurulur

16:24 - December 01, 2023
Xəbər sayı: 3495065
RABAT (İQNA) – Mərakeşin vəqflər naziri ölkədəki 108 tarixi məscidin yenidən qurulması və təmir proqramının həyata keçirildiyini açıqlayıb.

"İQNA", "Hess Press"-ə istinadən xəbər verir ki, Mərakeşin Vəqflər və Dini İşlər naziri Əhməd Əl-Tofiq bu iddialı proqramın Mərakeşin mədəni irsini və məscidlərini qorumaq planı olaraq 653 milyon dirhəm dəyərində həyata keçirildiyini bildirib.

O, həmçinin bildirib ki, bu proqrama 2026-cı ildə daha 35 tarixi məscidin yenidən qurulması ilə bağlı daha iki planın həyata keçirilməsi də daxildir.

"Bu proqrama təxminən 500 tarixi məscidin ətraflı texniki siyahısının hazırlanması, 189 məscidin Mərakeşin tarixi irs siyahısına daxil edilməsi, bu məscidlərin bərpası və təmiri üçün bələdçinin hazırlanması daxildir", - deyə Tofiq bildirib.

Mərakeşin vəqflər naziri bu ölkənin tarixi məscidlərinin yenidən qurulması və təmiri proqramında “Məscidlərin Kimliyi” adlı planın da yer aldığını bildirərək, hər məscidin memarlıq xüsusiyyətlərini və xüsusi dizaynlarını özündə əks etdirən geniş məlumat bazası olacağını bildirib.

Mərakeş məscidlərinin memarlığı İslam memarlıq sənətinin ən gözəl nümunələrindən biri hesab olunur və bir çoxları tərəfindən sənət və mühəndisliyin şah əsərləri kimi təsvir edilir.

4184830

captcha