IQNA

Quranın irqçilik məsələsi ilə mübarizəsi / 1

Bölücülük və irqçilik

10:57 - December 24, 2023
Xəbər sayı: 3495166
İQNA – İrqçi insanların xüsusiyyətlərindən biri də bölücülükdür. Bu bölücülük Quranda necə öz əksini tapıb və bununla bağlı Allahın göstərişi nədir?

İrqçiliyin cəmiyyətdəki ən mühüm təsirlərindən biri də hər bir qrupun özünü digər qrupdan üstün görməsi və cəmiyyətlər arasında ixtilafların yaranmasına səbəb olacaq şəkildə parçalanma və fərqliliklər yaratmaqdır.

Qurani-kərim 14 əsr əvvəl İslamın başlanğıcı dövründə yəhudilərin xüsusiyyətlərindən birini müharibəni alovlandırmaq, bəşər cəmiyyətlərində fitnə-fəsad törətmək adlandırmışdır: “Onlar (müsəlmanlarla) müharibə üçün atəş yandırdıqları zaman, Allah o atəşi söndürdü” (Maidə, 64).

  Bu, pislik və cinayətkarlıqla dolu, bütün insanlara nifrət edən insanların cinayətkar təbiətidir. İntiqamlarını müharibələr odu yandırmaqla, insanlar arasında qanlı iğtişaşlar yaratmaqla alırlar. Lakin Allah hər zaman müsəlmanları dəstəkləyir, onların planlarını məqsədlərinə çatdırır və Allah onların atəşini hər an söndürür.

Dünya sionizm liderlərinin 5 saylı protokolunda deyilir: “Qeyri-yəhudilərdən ibarət qlobal koalisiya müvəqqəti olaraq bizimlə qarşı-qarşıya gəlməkdə uğur qazana bilər, lakin onların arasındakı parçalanma və fikir ayrılığı o qədər köklüdür ki, islah oluna bilməz. Biz belə bir koalisiya ilə qorunma qazanmışıq, iki min ildir onların qəlbində bəslədiyimiz dini və irqi düşmənçiliyi qızışdırmaqla şəxsi və milli maraqlar arasında ziddiyyət yaratmışıq”.

Halbuki Allah Quranda bu irqçi qrupun təfriqə salması qarşısında durmuş və İslam qardaşlığını yaratmaqla bunun qarşısına çıxmışdır: Möminlər qardaşdırlar, elə isə iki qardaşınızı barışdırın”. (Hücürat, 10).

Quran nəinki müsəlmanlar arasında birliyi vurğulayır, həm də bütün ilahi dinləri bir hesab edir və Quranı əvvəlki səmavi kitabların təsdiqedicisi və kimi təqdim edir. Həmçinin deyir ki, Allahın peyğəmbərləri - istər kitab və müstəqil şəriət sahibi olsun, istər olmasın- hamısı bir məsələni hədəfləyirlər. Bu da, bütün insanların kainatın yaradıcısına dəvət etməkdir. Buna görə də səmavi dinlərin ümumi çərçivəsi eynidir və hamısının ümumi prinsipləri var.

Təfriqə və ixtilaf toxumu səpmək İslam ümmətinin tarixində bir çox qarışıqlıq və problemlərin mənbəyi olmuşdur ki, onlar bir-birini təkfir edir və birlikdə namaz qılmırdılar. Bu, keçmiş ümmətlərin məhvi və uğursuzluğunun amillərindən biri olmuşdur. Allah bir neçə ayədə müsəlmanların parçalanmaqdan çəkindirmişdir. Həmçinin təfriqəni məzəmmət etmiş və pisləmişdir.

Bu, Əkrəm Heydərinin Quran və irqçilik problemi adlı araşdırmasından götürülmüşdür.

Teqlər: təfriqə ، irqçilik ، quran ، ixtilaf
captcha