IQNA

Qəzzəlilər Ramazan öncəsi son cümə namazını məscidin dağıntıları altında qılıb

7:26 - March 09, 2024
Xəbər sayı: 3495593
İQNA - Qəzzə zolağının cənubunda yerləşən Rəfah şəhərində fələstinlilər sionist İsrailin bombardmanları nəticəsində dağıdılan Faruq məscidinin dağıntıları yanında Ramazan ayından əvvəl sonuncu cümə namazını qılıblar.

Qəzzədə İsrailin hücumlarına məruz qalan məscidlərin əksəriyyəti yararsız hala düşüb.

Qəzzənin cənubunda fələstinlilərin sığındığı Rəfah şəhərindəki Faruq məscidi də onlardan biridir. Bombardman nəticəsində xarabalığa çevirilən məscidin yalnız minarəsi ayaqda qalıb.

İsrailin hücumu nəticəsində dağılan Faruq məscidinin içərisində ibadət etmək mümkün deyil. Ramazan ayı öncəsi son cümə namazını qılmaq istəyən yüzlərlə fələstinli Faruq məscidinin xarabalıqlarının yanına toplaşıb. Hər yaşdan olan fələstinlilər cümə namazını məscidin dağıntıları arasında yerə döşənmiş taxtlarda qılıblar.

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzaya etdiyi hücumlarda bombalanan 500-dən çox məscid xarabalığa çevrilib.

AA

captcha