"İQNA", "Əl-Kövsər" kanalının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Fitr bayramı gecəsi keçirilən müsabiqənin final mərhələsinin sonunda iranlı qiraətçi Mustafa Himmət Qasimi 87,25 xalla 17-ci dəfə keçirilən "Məfaza" Quran müsabiqənin qalibi elan edilib.
Həmçinin Əfqanıstandan Mustafa Heydəri 86,5, İndoneziyadan Məhəmməd Rza Əl-Hac Əmən 86,25, Almaniyadan Əbdül Hüseyn Sweidan 84,5 və İraqdan Həsən Şakir Həmud Əl-Saidi 84 xalla 2-dən 5-ə qədər olan yerləri qazanıblar.
17-ci dəfə keçirilən "İnnə lilmüttəqinə məfaza" beynəlxalq Quran tilavəti müsabiqəsi mübarək Ramazan ayının ilk gecəsində başlayıb və Fitr bayramı gecəsinə qədər davam edib.
Bu yarışlar hər gecə "Əl-Kövsər" kanalı və onun internet saytında, eləcə də sosial şəbəkələrdəki "Əl-Kövsər" səhifəsində yayımlanırdı.
4209824