İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyda MOSSAD tərəfindən terror edildiyi deyilən fələstinli alim, Quran hafizi və siyasi fəal Fadi əl-Bətşin qatillərinin fotosu Malaziya polisi tərəfindən yayımlanıb.
Malaziyanın baş polis müfəttişi Məhəmməd Fövzi Harun dünən, həftənin birinci günü (23 Aprel 2018-ci il), polis təlim mərkəzində keçirilən mətbuat konfransında bu barədə xəbər verib.
O deyib ki, hadisəni görən şahidlərin dedikləri əsasında polisin Tipoqrafiya mütəxəssisləri qatillərin fotolarını hazırlaya biliblər. Bu şəkillərə əsasən deyə bilərik ki, onlar Orta Şərq və ya Avropdan olublar və həmçinin onların hazırda Malaziyada olduqları məlum deyil.
Məhəmməd Fövzi Harun əlavə edib: Fadi əl-Bətşin bədənində 14 güllə yarası vardır. Biz bu güllələri daha ətraflı məlumat əldə etmək üçün silah mütəxəssislərinin araşdırmasına vermişik.
Qeyd edək ki, Fadi əl-Bətş keçən həftənin şənbə günü, Kualalampur şəhərinin şimalında yerləşən Qumbak şəhərində Sübh namazına məcsidə gedərkən naməlum şəxslər tərəfindən terror edildi.